AZ

Britaniyada “müharibə istiqrazları” buraxılacaq

Britaniya Maliyyə naziri Reyçel Rivz müdafiə büdcəsini artırmaq üçün "müharibə istiqrazları" buraxmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, məlumatı həftəlik "The Sunday Telegraph" qəzeti yayıb.

Bildirilir ki, belə ideyanı əvvəllər müxalifət Liberal Demokratların lideri Ed Deyvi irəli sürmüşdü. O, 20 milyard funt sterlinq (27,1 milyard dollar) dəyərində "müharibə istiqrazları" buraxmağı təklif etmişdi. O, Böyük Britaniya sakinlərinin pullarını hökumətə standart dövlət istiqrazları ilə eyni faizi ödəməklə iki-üç il müddətinə istiqraz şəklində borc verə biləcəklərini təklif etmişdi.

Yanvar ayında The Times qəzeti mənbələrə istinadən xəbər vermişdi ki, 2025-ci ilin sonuna qədər Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi, Hava Qüvvələrinin Baş Marşalı Riçard Nayton Baş nazir Keyr Starmerə ölkənin döyüş hazırlığını təmin etmək üçün əlavə 28 milyard funt sterlinqə (38 milyard dollar) ehtiyac olduğunu bildirib.

  

Musavat.com

Seçilən
2
3
musavat.com

10Mənbələr