AZ

Cənubi Koreya KXDR-ni raket sınaqlarını dayandırmağa çağırdı

BAKI, 19 aprel. TELEQRAF

Cənubi Koreya hakimiyyəti KXDR-ni ballistik raket buraxılışlarını dayandırmağa çağıraraq bu addımları beynəlxalq hüququn pozuntusu kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, bu barədə Seul administrasiyası məlumat yayıb.

Məlumata görə, Cənubi Koreya prezident administrasiyası yanında Milli Təhlükəsizlik İdarəsi təcili iclas keçirərək son raket buraxılışlarının ölkənin təhlükəsizliyinə təsirini müzakirə edib. Bildirilib ki, bu cür buraxılışlar son 11 gündə təkrar baş verib və vəziyyət hərtərəfli təhlil olunub.

Qeyd olunub ki, aprelin 19-da Sinpho ərazisindən Yapon dənizi istiqamətində bir neçə qısa mənzilli ballistik raket buraxılıb.

Seçilən
15
teleqraf.com

1Mənbələr