AZ

Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat və enerji təhlükəsizliyi üzrə əməkdaşlıq nəzərdən keçirilib

Yeniazerbaycan saytından verilən məlumata görə, ain.az xəbər verir.

Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı, Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının cari vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub.

Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və digər istiqamətlər üzrə əməkdaşlıq məsələləri, əməkdaşlıq platformaları və alətləri üzrə əldə edilmiş razılıqlar, habelə növbəti addımlar nəzərdən keçirilib.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri zamanı aparılmış müzakirələrin, Azərbaycan-Avropa İttifaqı arasında mümkün əməkdaşlıq mexanizmlərinin, yeni ikitərəfli saziş üzrə danışıqların bərpasının və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə müzakirələrin əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
5
yeniazerbaycan.com

6Mənbələr