AZ

"Nəvəmin adı "Məleykə" olsun istəyirəm"

"Hər zaman arzum odur ki, qızımın sevgisini, diqqətini görüm. Nəvəm olsun, adını Məleykə qoysunlar. Qızımın ailəsi çox yaxşı olsun.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Bir gün" verilişində deyib. O, qızı Gülərdən danışıb. Aktrisa qızının dördüncü kurs olmasına baxmayaraq hələ də sosial mediadan istifadə etmədiyini açıqlayıb:

"TikTok-u ömürboyu olmayacaq. Amma deyirəm ki, indi instaqram hesabı aça bilərsən. O, isə deyir ki, hələ ehtiyac yoxdur, işləyəndə ona uyğun istifadə etmək istəyir. Ümumiyyətlə, Gülər pandemiyaya qədər telefondan yalnız həftə sonları bir neçə saat istifadə edə bilərdi. O da dərslərini yaxşı oxusaydı, mükafat olaraq. Nə qədər işim olsa da, ona qayğı göstərmişəm, hər yerə özüm aparmışam."

M.Əsədova sosial mediada haqqında yazılan mənfi rəylərə münasibət bildirərək onları ümumiyyətlə oxumadığını vurğulayıb:

Seçilən
7
4
publika.az

10Mənbələr