AZ

İstanbulda 100 kiloqramdan çox kokain ələ keçirilib

Bakı, 19 aprel, AZƏRTAC

Türkiyədə külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İstanbulda həyata keçirilən əməliyyat nəticəsində 106 kiloqram kokain ələ keçirilib.

Bu barədə Türkiyənin Ədalət naziri Akın Gürlək sosial media hesabında yazıb. O bununla beynəlxalq narkotik ticarətinə böyük zərbə vurulduğunu bildirib.

11 milyon ABŞ dolları dəyərində kokainin ələ keçirildiyi gəmi Panama bayrağı altında üzürmüş.

Seçilən
23
2
azertag.az

3Mənbələr