AZ

Azərbaycan ilə İordaniya arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylər artırılır

Bakı. Trend:

Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov AntalyaDiplomatiya Forumunda iştirakı çərçivəsində İordaniya HaşimilərKrallığının Baş nazirinin müavini, xarici işlər və xaricdə yaşayaniordaniyalılar Ayman Əs-Səfadi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Trend-ə verilən məlumatagörə, görüşdə Azərbaycan və İordaniya arasında ikitərəfli vəçoxtərəfli əməkdaşlıq məsələləri, Yaxın Şərq bölgəsində vəziyyətmüzakirə olunub.

Azərbaycan ilə İordaniya arasında mövcud olan dostluq vətərəfdaşlıq münasibətlərinin inkişafı, ikitərəfli və beynəlxalqtəşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsiüçün səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.Ölkələrimiz arasında Birləşmiş Millətlər Təşkilatı, İslamƏməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AQƏM və digər çoxtərəfliplatformalar çərçivəsində qarşılıqlı dostluq və həmrəyliyəəsaslanan dəstəyin təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

Görüş zamanı Nazirlər Yaxın Şərqdə mövcud təhlükəsizlikvəziyyətini ətraflı müzakirə ediblər.

Tərəflər böhranın yalnız siyasi və diplomatik vasitələrləhəllinin mümkün olduğunu bildirərək, dialoq və danışıqların uğurlanəticələnəcəyinə ümidvar olduqlarını bildiriblər.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
28
2
az.trend.az

4Mənbələr