AZ

“Real Sosyedad” İspaniya Kubokunun qalibi oldu

İspaniya Kral Kuboku 2025/2026 mövsümünün finalında “Atletiko Madrid” və “Real Sosyedad” üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Sevilyadakı “Olimpiko de Sevilya – La Kartuxa” stadionunda keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə “Real Sosyedad” 4:3 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

Oyuna sürətli start verilib. 15-ci saniyədə Ander Barrenetxea “Real Sosyedad”ı önə keçirib. 19-cu dəqiqədə Adefola Lukman hesabı bərabərləşdirib.

45+1-ci dəqiqədə Mikel Oyarzabal penalti ilə yenidən bask klubunu önə çıxarıb. 83-cü dəqiqədə isə Xulian Alvares “Atletiko”nu oyuna qaytarıb.

Qalan dəqiqələrdə və əlavə vaxtda qol olmayıb və qalib penaltilərlə müəyyənləşib.

Qeyd edək ki, “Atletiko Madrid” yarımfinalda “Barselona”nı, “Real Sosyedad” isə “Atletik Bilbao”nu mübarizədən kənarlaşdırmışdı.

Bu qələbə “Real Sosyedad”ın tarixində İspaniya Kubokunda 4-cü titul olub. Ötən mövsümün qalibi isə “Barselona” olmuşdu.

Seçilən
35
90deqiqe.az

1Mənbələr