AZ

İsrail şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilib

BAKI, 19 aprel. TELEQRAF

İsrailin bir neçə şəhərində keçirilən etiraz aksiyalarında nümayişçilər növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Teleqraf xəbər verir ki, bu barədə "N12" məlumat yayıb.

Məlumata görə, Təl-Əviv, Hayfa və Qüds şəhərlərində yüzlərlə etirazçı küçələrə çıxaraq hökumətə qarşı şüarlar səsləndirib və növbədənkənar seçkilərin keçirilməsini tələb edib.

Polis bildirib ki, Qüds dairəsinin əməkdaşları şəhərdə yerləşən Paris meydanında keçirilən aksiyada ictimai asayişin qorunması üçün səfərbər olunub. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, aksiya zamanı od qalamaqda şübhəli bilinən bir nəfər saxlanılıb.

Seçilən
24
teleqraf.com

1Mənbələr