AZ

Super Liqa: "Qalatasaray" səfərdən 3 xalla dönür

Türkiyə Super Liqasında 30-cu turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün daha 3 oyun baş tutub.

“Kocaelispor” – “Göztəpə” matçında qalib müəyyənləşməyib. “Karagümrük” evdə “Eyüpspor”a, “Gənclərbirliyi” isə “Qalatasaray”a uduzub.

Türkiyə Super Liqası
30-cu tur

17 aprel

Antalyaspor – Konyaspor 0:2
Qollar: D.Qonsalves, 56. M.İbrahimoğlu, 90+6.

Fənərbağça – Rizəspor 2:2
Qollar: Taliska, 80-pen. K.Aktürkoğlu, 86 – Soue, 47. Saqnan, 90+8.

18 aprel

Karagümrük – Eyüpspor 1:2
Qollar: Serjinyo, 16 – Kranevitter, 39-öz qapısına. Leqovski, 44.

Kocaelispor – Göztəpə 1:1
Qollar: S.Dursun, 90+8-pen – Janderson, 3.

Gənclərbirliyi – Qalatasaray 1:2
Qollar: Nyanq, 66 – İkardi, 2. Y.Akgün, 35.

19 aprel

15:30. Kasımpaşa – Alanyaspor
18:00. Samsunspor – Beşiktaş
21:00. Trabzonspor – Başakşəhər

20 aprel

21:00. Qaziantep – Kayserispor

Seçilən
22
fanat.az

1Mənbələr