İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 33-cü turunda “Çelsi” və “Mançester Yunayted” komandaları qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş “Mançester Yunayted”in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matç Londonda yerləşən “Stemford Bric” stadionunda keçirilib. Oyunun baş hakimi Maykl Oliver olub.
Görüşdə yeganə qol 44-cü dəqiqədə Mateus Kunya tərəfindən vurulub.
Bu oyundan sonra “Çelsi” 48 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb, “Mançester Yunayted” isə 58 xalla 3-cü yerdədir.
Növbəti turda “Çelsi” 21 apreldə səfərdə “Brayton və Houv Albion”la qarşılaşacaq, “Mançester Yunayted” isə 27 apreldə öz meydanında “Brentford”u qəbul edəcək.