AZ

İsrail ordusu Qəzzada iki silahlının öldürüldüyünü açıqlayıb

BAKI, 18 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının iki fərqli ərazisində İsrail qoşunlarına yaxınlaşan iki silahlı radikalı məhv etdiyini açıqlayıb.

Teleqraf ordunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qəzza zolağının şimalında və cənubunda baş verən iki hadisədə əsgərlər sarı xətti keçən və qoşunlara yaxınlaşan "iki terrorçunu" müəyyən ediblər və bu, onlara birbaşa təhlükə yaradıb.

"Terrorçular müəyyən edildikdən dərhal sonra təhlükəni aradan qaldırmaq üçün əsgərlər tərəfindən məhv edilib", - deyə nazirlik əlavə edib.

Seçilən
22
2
teleqraf.com

3Mənbələr