AZ

Protokol sərhədləri aşıldı

Fransa Prezidenti Emmanuel Makronun İtaliya Baş naziri Corcia Melonini həddindən artıq səmimi qucaqlaması sonuncunu hazırlıqsız yaxalayıb və az qala tərəflər arasında mübahisəyə səbəb olub.

Publika.az xəbər verir ki, politoloq və psixoloji təhlükəsizlik üzrə ekspert Ruslan Pankratov bu xoşagəlməz vəziyyəti şərh edərək siyasətçilərin davranışlarını izah edib.

Ekspertin fikrincə, bu an Meloni üçün həqiqətən də narahatlıq doğursa da, o, bunu dərin şəxsi diskomfort kimi deyil, peşəkarcasına gizlədilmiş qısamüddətli tərəddüd kimi büruzə verib. Makron isə özünün ənənəvi üslubunda hərəkət edərək, nümayişkaranə dərəcədə isti və bir qədər mübaliğəli qucaqlaşma və öpüşlə həm siyasi "dostluq" siqnalı verib, həm də kadra hakimlik edərək diqqəti öz üzərinə çəkməyə çalışıb.

Pankratov qeyd edib ki, Meloninin bədəninin gərgin qalması, təmkinli davranışı və təbəssümündəki gecikmə bu cür fiziki yaxınlığın onun üçün gözlənilməz olduğunu göstərir; lakin yüksək özünüidarəetmə qabiliyyəti İtaliya Baş nazirinə dərhal öz diplomatik maskasına qayıtmağa və hadisənin açıq qarşıdurmaya çevrilməsinə imkan verməməyə kömək edib.

Seçilən
5
publika.az

1Mənbələr