AZ

Göylərdən gələn bir hədiyyə : Biri 20 manata satılır

ain.az, Milli.az saytına istinadən bildirir.

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.

Milli.Az xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan 'papain' fermenti proteinlərin parçalanmasını asanlaşdıraraq həzm sistemini gücləndirir.

Cəmi bir meyvə gündəlik C vitamini ehtiyacının iki qatından çoxunu qarşılayır. Eyni zamanda yüksək dərəcədə A vitamini, kalium və lif ehtiva edir.

Anti-inflamatuar xüsusiyyətləri sayəsində bədəndəki iltihablanma proseslərinə qarşı mübarizə aparır və xolesterolu tarazlayır.

Papaya sadəcə mətbəxlərdə deyil, kosmetika sektorunda da əvəzolunmaz xammaldır. Meyvənin fermentləri dəridəki ölü hüceyrələri təmizləmək və dəri tonunu bərabərləşdirmək qabiliyyətinə malikdir. Bu səbəbdən bir çox təbii dəri baxımı məhsullarının tərkibinə daxil edilir.

Meksika və Orta Amerika mənşəli olan bu meyvə 16-cı əsrdən başlayaraq İspanya və Portuqaliyalı səyyahlar vasitəsilə dünyaya yayılıb. Hazırda Türkiyənin cənub sahillərində də mikroklimat bölgələrdə sınaq məqsədilə istehsalına başlanılıb.Lalə Qüdrətova

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
news.milli.az

1Mənbələr