AZ

İran ABŞ ın öz ərazilərində mina təmizləmə cəhdlərini atəşkəs pozuntusu sayır

ain.az bildirir, Bizimyol portalına istinadən.

Tehran ABŞ-ın İran sularında mina təmizləməyə cəhdlərini atəşkəsin pozulması hesab edir.

Bizimyol.info xəbər verir ki, bu barədə İran Parlamentinin (Məcəlləs) spikeri Məhəmməd Baqer Qalibaf açıqlama verib.

“ABŞ-ın ərazi sularımızdan minaları çıxarmaq cəhdinə qətiyyətlə qarşı çıxdıq və bunu atəşkəs şərtlərinin pozulması hesab edirik”, – deyə Qalibaf ISNA agentliyinə verdiyi açıqlamada bildirib. İran parlamentinin spikeri qeyd edib ki, İslamabadda aparılan danışıqlar zamanı ABŞ nümayəndə heyətinə təhdid edib ki, əgər amerikalı mina təmizləyici gəmi “hətta bir az da irəliləsə”, ona zərbə endiriləcək. Qalibafın sözlərinə görə, bundan sonra Vaşinqton gəminin geri çəkilməsini əmr edib.

İranlı siyasətçi həmçinin ABŞ-ın Hörmüz boğazına tətbiq etdiyi blokadaya tənqidini səsləndirib. O bildirib ki, əgər bu qərar yenidən nəzərdən keçirilməzsə, “boğazda gəmiçilik ciddi şəkildə məhdudlaşdırılacaq”, çünki bu ərazini “tamamilə İslam Respublikası nəzarətdə saxlayır”.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
bizimyol.info

1Mənbələr