AZ

Məktəb hücumunda dəhşətli anlar: Şagirdlər partaları aşıraraq sipər etdilər

ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Kahramanmaraşdakı Ayser Çalık Ortaokulunda baş verən silahlı hücumla bağlı yeni detallar ortaya çıxıb. Şagirdlər silah səslərini eşidən kimi sinifdəki partaları aşıraraq özlərini qorumağa çalışıblar.

Sherg.az xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, bəzi şagirdlər partaları sipər kimi istifadə edib, müəllimlər isə qapını bağlayaraq hücumçunun sinfə daxil olmasının qarşısını alıb.

Şagirdlər və valideynlər hadisədən ciddi şəkildə psixoloji təsirləniblər. Hücumdan sonra məktəbdə tədris müvəqqəti dayandırılıb və şagirdlərin başqa məktəbə köçürülməsi qərara alınıb.

Valideynlər isə uşaqların təhsildən uzaqlaşdırılmaması, əksinə təhlükəsiz şəraitdə təhsilin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
sherg.az

1Mənbələr