İran parlamentinin spikeri və ABŞ-la danışıqlar üzrə nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ın “mühasirə” siyasətini davam etdirəcəyi təqdirdə Hörmüz boğazında gəmi hərəkətinin məhdudlaşdırılacağını bəyan edib.
APA-nın Tehran bürosunun məlumatına görə, Qalibaf İran dövlət televiziyasına müsahibəsində ölkəsinin Hörmüz boğazına tam nəzarət etdiyini bildirib.
Onun sözlərinə görə, İslamabadda keçirilən danışıqlar zamanı ABŞ-a məxsus minaaxtaran gəminin hərəkətinə qarşı çıxılıb və İran tərəfinin atəş açmaq barədə xəbərdarlığından sonra Amerika tərəfi geri çəkilməyə məcbur olub.
Qalibaf ABŞ-ın İranı “mühasirəyə almaq” qərarını yanlış addım kimi qiymətləndirərək qeyd edib ki, bu siyasət dayandırılmasa, Hörmüz boğazında hərəkətə məhdudiyyət tətbiq olunacaq.
“Başqalarının Hörmüz boğazından keçməsi, lakin bizim keçə bilməməyimiz mümkün deyil”, – deyə o vurğulayıb.