AZ

İİKK İraqdakı İran müxalifətinin mövqelərinə zərbə endirib

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

İran Silahlı Qüvvələrinin elit bölmələrindən olan İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İraq Kürdüstanında İran müxalifətinə məxsus mövqelərə pilotsuz uçuş aparatları ilə zərbə endirdiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın dövlət televiziya və radiosunda yayımlanan bəyanatda bildirilib.

"Zərbə Ərbil vilayətində yerləşən ərazilərdə “Kürdüstan Demokrat Partiyası” adlı qruplaşmanın sığınacağına yönəldilib", - deyə bəyanatda qeyd edilib. İİKK-un iddiasına görə, hücum nəticəsində üç nəfər öldürülüb, beş nəfər isə yaralanıb.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
bizimyol.info

1Mənbələr