ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”la qarşılaşacaq “Qarabağ” Cəbəllütariqə sabah yollanacaq.
Futbolpress.az xəbər verir ki, komanda səfərə çarter reysi ilə yola düşəcək. “Atlılar” “Elliott Hotel”də məskunlaşacaq. “Qarabağ” yerli vaxtla 19:30-da oyunöncəsi son məşqinə çıxacaq.
Üç futbolçu qarşılaşmada iştirak etməyəcək. Amin Ramazanov və Musa Qurbanlı zədə, Elvin Cəfərquliyev cəza üzündən görüşü buraxacaq. Avstriya toplanışı zamanı “Slaven”ə qarşı yoxlama oyununda sonra meniskində ağrılar hiss edən Musa komanda Vətənə döndükdən sonra müayinə olunub. Əməliyyat zərurəti yaranan hücumçu 4-6 həftə yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, iyulun 23-də keçiriləcək “Linkoln” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. “Qarabağ” görüşdən sonra Vətənə qayıdacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.