AZ

Qurban Qurbanov: "Sabah" layiqli qələbə qazandı

Bakı, 18 aprel, AZƏRTAC

Rəqibi qələbə münasibətilə təbrik edirəm. Meydanda gözəl atmosfer var idi.

AZƏRTAC xəbər verir, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVIII turunda "Sabah"a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

"Daha yaxşı oynaya bilərdik. "Sabah" layiqli qələbə qazandı. Müəyyən çatışmazlıqlar var. Çempionlar Liqasından sonra yerli liqaya tam köklənə bilmədik. Düşünürəm ki, komanda olaraq bir yerdə məşq etməyimizə daha çox zaman lazım idi. Ardıcıl oyunlar keçirmək bizə təsir etdi. "Sabah" isə texniki və fiziki olaraq bu mövsüm daha hazırlıqlıdır", - deyə baş məşqçi qeyd edib.

Baş məşqçi Elvin Cəfərquliyevin əsas komandadan uzaqlaşdırılmasına münasibət bildirib: "Biz də futbolçu dönəmimizdə səhvlər etmişik. Əsas odur ki, bundan dərs çıxarmağı bacaraq. Elvin də Çempionlar Liqasında turun oyunçusu seçildi. Son vaxtlar hər kəs ondan danışırdı. Məğlub olsaq da, sonadək döyüşməliyik.

Əgər şəxsi olaraq uğur qazandınsa, arxayınlaşmaq olmaz. Bura "Qarabağ" klubudur və hər dəfə səhvlərə göz yummaq olmaz. Futbolçularımın həyat tərzini daha çox incələməliyəm".

Müxbir - Cavid Əliyev
Foto - Azər İbrahimov
Seçilən
47
6
azertag.az

7Mənbələr