AZ

Axios: Danışıqlarda irəliləyiş olmasa, ABŞ İranla müharibəni davam etdirəcək

Danışıqlarda irəliləyiş olmazsa, ABŞ administrasiyası yaxın günlərdə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər.

İki sahil” yazır ki, bu barədə “Axios” öz mənbələrinə istinadən məlumat verib.

Portalın yazdığına görə, şənbə günü ABŞ prezidenti Donald Tramp Ağ Evdə Hörmüz boğazındakı son gərginliyi və İranla danışıqları müzakirə etmək üçün görüş keçirib. ABŞ-ın yüksək vəzifəli rəsmisi portala bildirib ki, Vaşinqton və Tehran arasında danışıqlarda irəliləyiş olmasa, "yaxın günlərdə müharibə yenidən başlaya bilər".

“Situation Room” (Vəziyyət Otağı) görüşündə vitse-prezident J.D. Vens, hərbi katib Pete Hegset, dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, prezidentin xüsusi elçisi Stiv Uitkoff, Ağ Ev aparatının rəhbəri Syuzan Uiles, Mərkəzi Kəşfiyyat direktoru John Ratcliffe və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Kaine iştirak edirdilər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
24
10
ikisahil.az

10Mənbələr