AZ

“Qarabağ”a qarşı qələbə bizim üçün çox önəmlidir

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının XXVIII turunda “Qarabağ”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis komandasının çıxışını yüksək qiymətləndirib:

“Komandamı təbrik edirəm. Güclü komandaya qarşı səfərdə qalib gəlmək bizim üçün çox önəmlidir. Uşaqlar ürəklə oynadılar, onlarla qürur duyuram.”

Baş məşqçi bildirib ki, “Sabah” birinci hissədə daha çox qol epizodu yaradıb, ikinci yarıda isə mübarizəni sonadək davam etdirib:

“Bu cür rəqibə qarşı sonadək mübarizə aparmaq məni sevindirir. Sabahdan növbəti oyuna hazırlaşacağıq.”

Dambrauskas mövsümün sonuna fokuslandığını da vurğulayıb və “Qarabağ”la kubokun cavab oyununu gözlədiyini bildirib.

O, zədə alan Coy Lens Mikels barədə də danışıb:

“Zədə ilk baxışdan ciddi görünür. Həkimlərdən daha ətraflı məlumat alacağıq, hazırda xəstəxanaya aparılıb.”

Baş məşqçi qırmızı vərəqə alan Abdullah Xaybullayevin komanda üçün vacib futbolçu olduğunu da qeyd edib.

Seçilən
19
90deqiqe.az

1Mənbələr