İngiltərə Premyer Liqasının 33-cü turunda “Tottenhem” doğma meydanda “Brayton” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 39-cu dəqiqədə meydan sahibləri açıb. Pedro Porro fərqlənib, ötürmə Xavi Simonsdan gəlib.
Fasiləyə az qalmış qonaqlar bərabərliyi təmin ediblər. Pascal Qrosun ötürməsindən sonra Kaoru Mitoma fərqlənib.
77-ci dəqiqədə “Tottenhem” yenidən önə keçib. Luka Berqvallın ötürməsindən sonra Xavi Simons qol vurub.
Lakin 90+5-ci dəqiqədə “Brayton” məğlubiyyətdən qaçıb. Jorjinyo Rütter bərabərlik qolunu vurub.
Qeyd edək ki, komandalar arasında ilk dövrədəki oyun da 2:2 hesabı ilə başa çatmışdı.