AZ

Gimnastika federasiyaları arasında yeni əməkdaşlıq

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Gimnastika Federasiyası (AGF) beynəlxalq əlaqələrini genişləndirməyə davam edir. Qurumun növbəti tərəfdaşı Belarus Gimnastika Assosiasiyası olub.

Hafta.az xəbər verir ki, iki ölkənin gimnastika qurumları arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənəd gimnastika sahəsində təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və idman növünün inkişafı istiqamətində qarşılıqlı fəaliyyəti nəzərdə tutur.

Bu addım hər iki ölkənin idmançılarının hazırlıq prosesinə və gələcək beynəlxalq yarışlardakı çıxışlarına müsbət təsir göstərəcək.

Seçilən
25
1
hafta.az

2Mənbələr