AZ

Lempard bu komandanı 25 ildən sonra premyer-liqaya daşıdı

Çempionşipin 43-cü turunda lider ''Koventri'' səfərdə ''Blekbern'' ilə üz-üzə gəldi.

"Football-plus.az" xəbər verir ki, ilk yarısı qolsuz başa çatan oyunda meydan sahibləri 54-cü dəqiqədə hesabı açsalar da, qonaqlar 84-cü dəqiqədə məğlubiyyətdən qurtuldular və görüş 1:1-lik bərabərliklə yekunlaşdı.

Frenk Lempardın çalışdırdığı ''Koventri'' xalını 86-ya, sona 3 tur qalmış 3-cü pillədəki ''Milluoll'' ilə xal fərqini 13-ə yüksəltmiş oldu. Bu da o deməkdi ki, komanda ilk iki pilləni və gələn mövsüm premyer-liqada oynamağı artıq rəsmiləşdirib.

''Koventri'' son olaraq 25 il öncə - 2000/01-də elitada oynamış və 19-cu pilləni tutmuşdu. Bunu hələ ki, Lempardın da məşqçi karyerasının əsas uğuru saymaq olar.

Seçilən
27
football-plus.az

1Mənbələr