AZ

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın XİN rəhbəri Bəxtiyor Saidovla görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Görüş zamanı iki qardaş ölkə arasında ikitərəfli və çoxtərəfli platformalarda müttəfiqlik münasibətləri, Yaxın Şərqdəki mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub", məlumatda bildirilib.

Qeyd olunub ki, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
5
olaylar.az

6Mənbələr