AZ

Azlıqda qalan "Sabah" "Qarabağ"ı məğlub etdi

Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Publika.az xəbər verir ki, günün ikinci matçında "Qarabağ" "Sabah"la üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

45-ci dəqiqədə Abdulla Xaybullayev fərqlənib. Yarımmüdafiəçi 46-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Xallarının sayını 69-a çatdıran "Sabah" çempionluğa daha da yaxınlaşıb. İkinci sıradakı "Qarabağ"ın 56 xalı var. Ağdam klubunun ehtiyatda bir matçı qalıb.

Seçilən
28
5
publika.az

9Mənbələr