AZ

Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir

ABŞ-də reper Tori Leynz (Deystar Piterson) Kaliforniya həbsxana sisteminə qarşı federal iddia qaldırıb.

O, təhlükəli məhbusla qanunsuz olaraq eyni kameraya yerləşdirildiyini və həmin şəxsin ona hücum edərək çoxsaylı bıçaq xəsarətləri yetirdiyini iddia edir.

Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Bildirilib ki, verilən məhkəmə iddiasına əsasən, Leynz aidiyyəti qurumlardan 100 milyon dollar təzminat tələb edir. Reper qeyd edir ki, onun başqa bir məhbusla eyni kameraya salınması qərarı əvvəlcədən təhlükəli olub və ağır nəticələrə gətirib çıxarıb. İddiaçı tərəfin məlumatına görə, hücum zamanı məhbus bıçaqla Leynzin kürək, bədən, baş və üz nahiyələrinə 16 zərbə endirib. Nəticədə reper təcili olaraq helikopterlə xəstəxanaya təxliyə edilib.

Tori Leynz bildirir ki, həbsxana əməkdaşları hadisəyə gec reaksiya verib və hücumun qarşısını dərhal ala bilməyiblər.

Məlumata görə ştat rəsmiləri məhkəmə prosesinin davam etdiyini əsas gətirərək iddia ilə bağlı şərh verməkdən imtina ediblər.

Xatırladaq ki, hazırda Tori Leynz 2020-ci ildə baş verən insident zamanı amerikalı müğənni "Megan Thee Stallion"a atəş açdığına görə 10 illik həbs cəzasına məhkum edilib.

"Cebheinfo.az"

Seçilən
17
3
cebheinfo.az

4Mənbələr