AZ

Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşüb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Antalya Dimplomatiya Forumu çərçivəsində baş tutan görüşdə tərəflər Azərbaycan–Türkmənistan tərəfdaşlığının əsas aspektlərini müzakirə ediblər: "Ortaq tarix, mədəniyyət və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli əlaqələrin möhkəm təməli vurğulanıb".

Həmçinin Avropa və Asiyanı birləşdirən strateji dəhlizlər boyunca energetika, nəqliyyat və tranzit bağlantıları sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanlarına toxunulub.

C. Bayramov və R. Meredov regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi apararaq, daha geniş regionda sülhün, sabitliyin və dayanıqlı inkişafın qorunmasının vacibliyini qeyd etdilər. Hər iki tərəf müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinə və bütün səviyyələrdə sıx dialoqun saxlanılmasına sadiq olduqlarını bir daha təsdiq ediblər.

"Cebheinfo.az"

Seçilən
25
7
cebheinfo.az

9Mənbələr