AZ

"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Türkiyənin birinci xanımı Əminə Ərdoğan Türkiyənin Antalya şəhərində keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində bir sıra tədbirlərdə iştirak ediblər.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Haber Global" telekanalının videosüjetində bildirilib.

Qeyd olunub ki, Mehriban Əliyeva və Əminə Ərdoğan "Fələstində sülh naminə birləşərək: Təhsil sisteminin məhv edilməsi ilə mübarizə və gələcəyin qorunması" adlı panel iclasda iştirak ediblər.

Daha sonra Əminə Ərdoğan və Mehriban Əliyeva eyni mövzuda təşkil olunan sərgi ilə tanış olublar.

Seçilən
18
olke.az

1Mənbələr