Fransa çempionatının 30-cu turunda “Loryan” doğma meydanda “Marsel”i qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça daha yaxşı başlayan “Loryan” üstünlüyünü 28-ci dəqiqədə qola çevirib. Panos Katseris fərqlənib.
Fasilədən sonra da ev sahibləri fəallığını davam etdiriblər. 58-ci dəqiqədə Bamba Dyenq dəqiq zərbə ilə hesab arasındakı fərqi artırıb, məhsuldar ötürmə Pablo Paji tərəfindən edilib.
Bu nəticədən sonra “Loryan” xallarını 41-ə çatdıraraq turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. “Marsel” isə 52 xalla 4-cü sırada yer alır.
Qeyd edək ki, komandalar arasında ilk dövrədə keçirilən oyunda “Marsel” rəqibini 4:0 hesabı ilə məğlub etmişdi.