AZ

“Udineze” evdə uduzdu

İtaliya çempionatının 33-cü turunda “Udineze” doğma meydanda “Parma”nı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb – 0:1.

İlk hissədə komandalar fərqlənə bilməyiblər. Qarşılaşmanın taleyi fasilədən sonra həll olunub. Qələbə qolunu Nesta Elfej vurub, məhsuldar ötürmə Qabriel Strefezzadan gəlib.

Bu nəticədən sonra “Parma” xallarını 39-a çatdıraraq turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. “Udineze” isə 43 xalla 11-ci sırada yer alır.

Qeyd edək ki, komandalar arasında ilk dövrədə keçirilən oyunda “Udineze” 2:0 hesablı qələbə qazanmışdı.

Seçilən
14
90deqiqe.az

1Mənbələr