AZ

Qazaxda bir sıra abidələr ziyarət edilib

Qazax, 18 aprel

Qazax rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı, MİHİ Qazax rayon komitəsinin dəstəyi ilə bir qrup mədəniyyət işçisi 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yerləşən VI- VII əsrlərə aid Didivan qalasını və ilk Tunc dövrünə aid Baba Dərviş yaşayış məskənlərini ziyarət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Tarix Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova hər iki tarixi abidə haqqında məlumat verib.

Bildirib ki, Dədəban dağının qarşısında yerləşən qədim və ölkə əhəmiyyətli memarlıq abidəsinin hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, yuxarıda 0,5 metrdir. Qalanın iç hissəsi boşdur. Baba Dərviş yaşayış məskənində isə 600 m² sahədə aparılan qazıntılar zamanı aşkar edilən mədəni qatların ən qədimi yarımqazma tipli evlərlə xarakterizə olunan Eneolit təbəqəsidir. Bu təbəqə kül qatları, çiy kərpic parçaları, suvanmış çuxur qalıqları, çay daşları və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir.

Müxbir -Ruslan Novruzoğlu

Seçilən
23
azertag.az

1Mənbələr