AZ

Ağır yol qəzaları: iki nəfər ölüb, 7 yaralı varVİDEO

Sumqayıt şəhəri ərazisində yük avtomobilinin vurduğu piyada ölüb.

Xezerxeber.az-ın məlumatına görə, ağır xəsarətlər alan piyada Əliyev Samir Sərhəd oğlu dərhal xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Neftçalada yolu keçmək istəyən 85 yaşlı kişini də maşın vuraraq öldürüb.

Hadisə rayonun Kürqarabucaq kəndində baş verib. Surra kənd sakini, 38 yaşlı Teymur Nağıyev idarə etdiyi minik avtomobili ilə yolu keçmək istəyən Kürqarabucaq kənd sakini, 85 yaşlı Vahid Həsənovu vurub. Ağır xəsarətlər alan şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Lənkəranda gecə saatlarında zəncirvari qəza olub, 7 nəfər xəsarət alıb. Hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində baş verib. Lənkəran rayonunun Separadi kənd sakini, 30 yaşlı Elmar Cəfərli idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Vilvan kənd sakini 24 yaşlı Şərif Hüseynzadənin idarə etdiyi minik avtomobili ilə toqquşub. Həmin minik maşını isə başqa bir nəqliyyat vasitəsinə çırpılıb. Zəncirvari qəza nəticəsində 7 nəfər - hər iki sürücü və Lənkəran rayonunun Separadi kənd sakinləri - 49 yaşlı Fuad Şərifov, 31 yaşlı Ağadadaş Ağazadə, 48 yaşlı Ramil Məmmədov, eləcə də Vilvan kənd sakinləri - 27 yaşlı Elşad Musazadə, 27 yaşlı Ramil Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Vəziyyəti daha ağır olan Ramil Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktlarla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
16
xezerxeber.az

1Mənbələr