AZ

Tramp: İspaniyanın maliyyə göstəriciləri sadəcə dəhşətlidir

BAKI, 18 aprel. TELEQRAF

"NATO-ya və öz müdafiəsinə faktiki olaraq sıfır töhfə verməsinə baxmayaraq, İspaniyanın maliyyə göstəriciləri sadəcə dəhşətlidir".

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İspaniyanın maliyyə göstəricilərindən danışarkən bildirib.

"İspaniyanın acınacaqlı vəziyyətini kimsə görübmü? NATO-ya və ya öz müdafiəsinə demək olar ki, heç bir töhfə verməməsinə baxmayaraq, onun maliyyə göstəriciləri sadəcə dəhşətlidir. Bunu görmək kədərlidir", - deyə Amerika lideri "Truth Social"da yazıb.

Daha əvvəl İspaniyanın müdafiə naziri Marqarita Robles ABŞ-nin Hörmüz boğazını blokadaya almaq qərarını pisləyərək, bunun "mənasız" olduğunu bildirib.

Seçilən
28
1
teleqraf.com

2Mənbələr