AZ

“Bayer” doğma meydanda məğlub oldu

Almaniya çempionatının 30-cu turunda “Bayer” Leverkuzen şəhərində “Auqsburq”u qəbul edib.

90deqiqe.Az xəbər verir ki, görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça fəal başlayan meydan sahibləri hesabı açmağı bacarıb. 12-ci dəqiqədə Patrik Şik fərqlənib, məhsuldar ötürmə Edmond Tapsobadan gəlib.

Lakin “Auqsburq” cəmi üç dəqiqə sonra bərabərliyi təmin edib. Fabian Rider rəqib qapısına yol tapıb, ötürməni Dimitris Yannulis verib.

Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə qonaqlar qələbə qolunu vurublar. 90+7-ci dəqiqədə Fabian Rider penaltini dəqiq yerinə yetirərək komandasına üç xal qazandırıb.

Bu nəticədən sonra “Bayer” 52 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Auqsburq” isə 36 xalla 9-cu sıradadır.

Seçilən
15
90deqiqe.az

1Mənbələr