AZ

Ceyhun Bayramov AI-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov V Antalya Diplomatiya Forumu çərçivəsində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Magdalena Qrono ilə görüşüb.

APA xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Tərəflər regionda dialoq və əməkdaşlığın inkişafı, xüsusilə Ermənistan–Azərbaycan normallaşma prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər davamlı diplomatik təmasların əhəmiyyətini vurğulayaraq, sülh danışıqları çərçivəsində əldə olunmuş irəliləyişləri qeyd ediblər.

Eyni zamanda, hərtərəfli və dayanıqlı sülh sazişinə nail olunması istiqamətində mövcud dinamikanın qorunmasının vacibliyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunub. Həmçinin enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və iqtisadi tərəfdaşlıq sahələrində Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının genişləndirilməsi imkanları nəzərdən keçirilib və davamlı qarşılıqlı fəaliyyətin önəmi qeyd olunub.

Ceyhun Ceyhun
Seçilən
19
4
apa.az

10Mənbələr