AZ

Atam musiqi dinləyə dinləyə onu əməliyyat edirdilər

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin oğlu, Əməkdar incəsənət xadimi, professor Nazim Mirişli “Xəzər axşamı” verilişinə müsahibəsində maraqlı xatirəsini bölüşüb.

"Ölkə.az" xəbər verir ki, bəstəkar atasının 8 dəfə öz mahnılarını dinləyərək əməliyyat olunduğunu qeyd edib.

“Atam 8 dəfə əməliyyat olunmuşdu. Şəfqət bacıları yutubdan onun mahnılarını tapıb, sıra ilə səsləndirmişdilər. Atam musiqisini dinləyə-dinləyə onu əməliyyat edirdilər. Əməliyyatdan çıxanda dedi ki, mən belə şey eşitməmişdim ki, öz musiqilərinin sədası altında kimisə əməliyyat etsinlər. Belə bir şey var, klassik musiqi terapiya sayılır. Onunla xaricdə əməliyyat aparırlar. Amma atamı öz mahnıları ilə əməliyyat etdilər. Hiss də etməyib ki, əməliyyat necə başladı və bitdi”.

Qeyd edək ki, Ramiz Mirişlinin vəfatından 11 il ötür. (Axşam.az)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
6
olke.az

7Mənbələr