Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İran Hörmüz boğazını yenidən bağladığını və ABŞ-nin dəniz blokadasına cavab olaraq bölgədə “sərt nəzarət” tətbiq etdiyini açıqlayıb. Bildirilir ki, boğazdan keçməyə çalışan ən azı iki ticarət gəmisinə atəş açılıb, digər gəmilərə isə “keçid qadağandır” mesajı verilib.
Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp isə vəziyyətə sərt reaksiya verərək “İran bizi şantaj edə bilməz” deyib və ABŞ-nin bölgədəki mövqeyinin davam edəcəyini bildirib.
İran tərəfi isə ABŞ-nin dəniz blokadasını əsas gətirərək Hörmüzün bağlanmasının məcburi addım olduğunu, təzyiqlər davam edərsə daha sərt cavab veriləcəyini açıqlayıb. Bölgədə gərginlik yüksələrək davam edir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.