AZ

Türkiyədə xərçəng müalicəsində inqilab: Ümidverici nəticələr verdi!

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyədə qan xərçənginin müalicəsində yeni mərhələ başlayıb.

Sherg.az xəbər verir ki, səhiyyə naziri Kemal Memişoğlu bildirib ki, bir müddətdir klinik sınaqları aparılan CAR-T hüceyrə terapiyası artıq ölkədə tətbiq olunmağa başlayıb və ilk xəstələrdə müsbət nəticələr əldə edilib.

Nazir qeyd edib ki, Türkiyə bu sahədə mühüm bir mərhələni keçərək yüksək texnologiyalı və baha başa gələn bu müalicəni yerli imkanlarla həyata keçirə bilən az sayda ölkələrdən birinə çevrilib.

Ankaradakı Etlik Şəhər Xəstəxanasında fəaliyyət göstərən Hüceyrə və Gen Terapiyaları Mərkəzində aparılan bu müalicə metodunun, xüsusilə qan xərçəngi xəstələri üçün yeni ümid yaratdığı bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
sherg.az

1Mənbələr