AZ

Erhürman: Türkiyə ilə məsləhətləşmələr aparırıq

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Ərhürman bildirib ki, Kipr məsələsi və ölkənin xarici siyasəti ilə bağlı bütün addımlar Türkiyə ilə məsləhətləşmələr əsasında atılır.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, bu yanaşma əvvəlki liderlərin dövründə də tətbiq olunub və onun prezidentliyi müddətində daha da gücləndiriləcək.

Ərhürman bu fikirləri 2026-cı il Antalya Diplomatiya Forumunda (ADF) iştirak etmək üçün Antalyada olarkən jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

O, forumun “Sabahı dizayn edərkən qeyri-müəyyənliklərlə mübarizə” mövzusunun uğurla seçildiyini qeyd edərək bildirib ki, bu mövzu xüsusilə Kipr türklərinin üzləşdiyi çətinliklərə toxunur.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
16
1
turkustan.az

2Mənbələr