AZ

"Sabah" penaltini dəyərləndirə bilmədi

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasının 28-ci turu çərçivəsində hazırda keçirilən “Qarabağ” - “Sabah” matçı artıq ilk dəqiqələrdən gərginliyi və müzakirəli epizodları ilə yadda qalıb.

QOL.az xəbər verir ki, qarşılaşmanın 11-ci dəqiqəsində meydanda müzakirələrə səbəb olan penalti qərarı verilib.

Oyunun baş hakimi Elçin Məsiyev Mateus Silvanın Aaron Maludanı cərimə meydançasında qayda pozuntusu ilə dayandırdığını hesab edərək “Qarabağ”ın qapısına penalti təyin edib. “Sabah”ın legioneri Con Leys Mikels penalti zərbəsindən fərqlənməyə çalışsa da, “Qarabağ”ın qapıçısı Mateuş Koxalski onun zərbəsini dəf etməyi bacarıb.

Seçilən
25
1
teleqraf.com

2Mənbələr