Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyəti Meksika Birləşmiş Ştatlarına işgüzar səfər edib.
"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
Səfər çərçivəsində Azərbaycanın Meksikadakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil qoyulub, onun əziz xatirəsi ehtiramla yad edilib.
Eyni zamanda, nümayəndə heyəti Mexiko şəhərinin mərkəzi Paseo Reforma prospektində yerləşən Meksika–Azərbaycan Dostluq Parkını ziyarət edib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Meksika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının Meksikadakı Səfirliyində ümummilli lider Heydər Əliyevin büstü önünə əklil… pic.twitter.com/v3I74vVt13
— Embajada de la República de Azerbaiyán en México (@AzEmbMex) April 18, 2026