AZ

Zelenski Kiyevdə ölənlərin sayını açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdəki atışma zamanı beş nəfərin həlak olduğu bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə öz "Telegram" kanalında paylaşım edib.

"Az öncə Ukraynanın daxili işlər naziri İqor Klimenko dinc sakinlərə atəş açan hücumçunun Kiyevdə zərərsizləşdirilməsi barədə məlumat verib. Bütün hallar araşdırılır. Hazırda beş nəfərin həlak olduğu məlumdur. Həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verirəm", — deyə o yazıb.

Zelenskinin sözlərinə görə, hazırda 10 nəfər müxtəlif dərəcəli yaralar və xəsarətlərlə xəstəxanaya yerləşdirilib, onlara lazımi yardım göstərilir. Ukrayna Prezidenti dörd girovun xilas edildiyini də əlavə edib.

Seçilən
24
publika.az

1Mənbələr