AZ

Ermənistan, Azərbaycan və Türkiyə əlaqələrini intensivləşdirməyin vaxtıdır

ain.az, Ayna portalına istinadən məlumat verir.

Nikol Paşinyan: “Müxtəlif sahələrdə münasibətləri inkişaf etdirmək üçün imkanlar tapmağa çalışırıq"

“Ermənistan, Azərbaycan və Türkiyə arasında əlaqələri intensivləşdirməyin vaxtı çoxdan çatıb”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Ermənistan-Türkiyə sərhədinin açılması və Azərbaycanla sülh müqaviləsinin imzalanmasının mümkün vaxtı ilə bağlı şərh verən Paşinyan hazırda elan edəcək yeni bir şeyinin olmadığını bildirib: "Biz bu istiqamətdə hər gün çalışırıq. Müxtəlif sahələrdə münasibətləri inkişaf etdirmək üçün imkanlar tapmağa çalışırıq".

Baş nazir həmçinin xatırladıb ki, Türk Hava Yolları bu yaxınlarda Ermənistana ilk uçuşunu (İstanbul-İrəvan-İstanbul marşrutu üzrə) həyata keçirib.

Bu kontekstdə Paşinyan Türkiyə aviaşirkətinin Gümrüdəki Şirak hava limanına da uçuşlar həyata keçirəcəyinə ümid etdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
ayna.az

1Mənbələr