AZ

Sabah Qarabağ a qalib gəlir CANLI (YENİLƏNİR)

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

“Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qəbul edir.

"Unikal" xəbər verir ki, matçın 14-cü dəqiqəsində Coy Lens Mikelsin penaltidən vurduğu zərbəni "Qarabağ"ın qapıçısı Mateuş Koxalski dəf edir.

Oyunun 44-cü dəqiqəsində "Sabah"ın futbolçusu Xaybullayev hesabı açır.

Qeyd edək ki, hazırda Ağdam təmsilçisi 56 xalla ikinci, Masazır klubu isə 66 xalla birincidir.

***09:23

Misli Premyer Liqasında 28-ci turun növbəti matçları bu gün keçiriləcək.

"Unikal" xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

İlk olaraq "Şamaxı" səfərdə "Karvan-Yevlax"la üz-üzə gələcək. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək. 

Günün ikinci matçında çempionluğa iddialı komandalar, "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
unikal.az

1Mənbələr