Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Liverpul"dan "Aston Villa"ya keçə bilər
"Liverpul"un yarımmüdafiəçisi Körtis Cons qarşıdan gələn yay transfer pəncərəsində klubunu dəyişə bilər.
QOL.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.
Bildirilir ki, İngiltərə Premyer Liqasının digər təmsilçisi "Aston Villa" 25 yaşlı futbolçu ilə yaxından maraqlanır. Məlumata görə, yarımmüdafiəçi özü də yeni sözləşmənin şərtləri üzrə rəhbərliklə ortaq məxrəcə gələ bilmədiyi üçün "qırmızılar"ın düşərgəsini tərk etmək niyyətindədir.
Qeyd edək ki, Consun Mersisayd klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir. Onun transfer dəyəri 35 milyon avro olaraq qiymətləndirilir. Cari mövsümdə Körtis "Liverpul"un heyətində 43 matçda iştirak edərək 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.