AZ

Ağdamda gənc oğlan faciəvi şəkildə ölüb

Ağdamda 25 yaşlı gənc traktorun aqreqatının altında qalaraq həyatını itirib.

"Ölkə.az" xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktora qoşulmuş torpaqüyüdən aqreqatın altında qalıb.

H. Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Seçilən
39
8
olke.az

10Mənbələr