AZ

Füzuli Məmmədov: “Qarşıdakı oyunlarda da qələbə qazanmaq istəyirik”

Misli Premyer Liqasının XXVIII turunun “Karvan-Yevlax” – “Şamaxı” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Apasport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

"Çətin oyun olacağını bilirdik. “Şamaxı” çempionatın ən möhkəm komandasıdır. Xüsusilə, standart vəziyyətlərdə yaxşı oynayırlar. Gərgin matç keçdi. Yaxşı hazırlaşmışdıq. Uşaqlar tapşırıqları maksimum yerinə yetirdilər. Futbolçularım mərdlik göstərdilər, onlara təşəkkür edirəm. Bu gün meydanda çox əzmkar oynadılar".

– Bu qələbə növbəti oyunlara motivasiya baxımından necə təsir edəcək? 

– Əlbəttə, yaxşı təsiri olacaq. Futbolçularda inam yaranıb. Məşqlərdə bunu hiss edirəm. Qarşıdakı oyunlarda da qələbə qazanmaq istəyirik.

– Kayl Spensin yoxluğu nə ilə bağlı idi? 

– Zədəsi var idi. Tək o deyil, bir-iki oyunçumuz da iynə ilə oynadılar.

– Son iki matçda nəyi dəyişmisiniz ki, qələbələr gəlir? 

-Bundan öncəki oyunlarda da yaxşı oynamışıq. Sadəcə son iki matçda komanda sanki yumruğa çevrilib. Qələbələrin davamını gözləyirəm.

“Karvan-Yevlax”dan kritik qələbə - YENİLƏNİB

Yevlaxda heyətlər bəlli oldu

Emreli oynamadı, komandası məğlub oldu

“Gözdən yayınan” ofsayd, YOXSA ƏVVƏLDƏN YAZILMIŞ SSENARİ? - VİDEO

“Zirə”nin futbolçusu mükafatlandırılıb

Seçilən
22
apasport.az

1Mənbələr