AZ

Derbinin qəhrəmanı qapıçı oldu

style='margin-bottom:10px;'>

İngiltərə Premyer Liqasında "Brentford" - "Fulhem" matçı dramatik sonluqla yadda qalıb.

QOL.az xəbər verir ki, Qərbi London derbisi qolsuz bərabərliklə başa çatsa da, oyunun qəhrəmanı qapıçı Bernd Leno olub. O, 90-cı dəqiqədə etdiyi möhtəşəm qurtarışla "Fulhem"i məğlubiyyətdən xilas edib.

Bu nəticə "Brentford" üçün ciddi itkiyə çevrilib. Komanda 6-cı pilləyə yüksəlmək şansını qaçırıb. "Fulhem" isə 1 xalla kifayətlənərək 12-ci pillədə qalıb.

Qeyd edək ki, turnir cədvəlində sıxlıq davam edir. 6-cı pillədə qərarlaşan "Çelsi" ilə 14-cü yerdəki "Nyukasl" arasında cəmi 6 xallıq fərq var.

Seçilən
23
1
teleqraf.com

2Mənbələr