AZ

"Xilasedici" komandası Azərbaycan çempionu oldu

Aprelin 18-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının final oyunu keçirilib.

Publika.az xəbər verir ki, final mərhələsində "Xilasedici" və "Ordu" komandaları üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən oyunun qalibi "Xilasedici" komandası olub.

3:1 (24:26, 25:16, 27:25, 25:21) hesabı ilə qalib gələn "Xilasedici" komandası turnirin çempionu, "Ordu" isə ikinci yerin sahibi olub.

Seçilən
14
publika.az

1Mənbələr